Türkiye Qəzza zolağına ən çox yardım edən üçüncü ölkə oldu

Türkiye İsrailin hücumları və işğalı altında olan Qəzza zolağına ən çox yardım edən üçüncü ölkə oldu.

2111887
Türkiye Qəzza zolağına ən çox yardım edən üçüncü ölkə oldu

Türkiye İsrailin hücumları və işğalı altında olan Qəzza zolağına ən çox yardım edən üçüncü ölkə oldu.

İsrail Müdafiə Nazirliyinə bağlı Bölgələrdəki Hökumət Fəaliyyətlərinin Koordinasiyasının (COGAT) internet saytında edilən paylaşıma görə, Türkiye, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı ilə birlikdə İsrailin hücumu altındakı olan Qəzza zolağına ən çox humanitar yardım göndərən ölkələrdən olub. 

İsrailin əngəlləməyə davam etdiyi və çox az miqdarda daxil olmasına icazə verdiyi yardımın 25 faizi BƏƏ, 20 faizi Səudiyyə Ərəbistanı, 17 faizi isə Türkiyedən göndərilib.

Türkiyeni 8 faizlə Qətər, 3 faizlə Küveyt izləyib.

Bundan əlavə, Qəzza zolağına girməyə icazə verilən 74 təcili yardım maşınından 7-si Türkiye tərəfindən ianə kimi verilib, Türkiye, Misir və BƏƏ-nin koordinasiyasında 3 min 201 xəstə və yaralı yanlarında 724 nəfər müşayiətçi ilə ölkə xaricində müalicə olunmaq üçün Qəzza zolağından təxliyə edilib. 

Digər tərəfdən, Türkiye İsrailin Qəzzaya hücumlarından sonra səhiyyə xidmətlərindən istifadə edə bilməyən xəstə və yaralılara yardımlarını davam etdirir.

Bu çərçivədə Türkiye Misir və İsrailin koordinasiyasında həyata keçirilən təxliyə prosesində müalicəsini davam etdirə bilməyən xəstə və yaralılar üçün 8 təxliyə əməliyyatı həyata keçirib.



Әlaqәli Xәbәrlәr