ABŞ husilərə məxsus hədəflərə zərbələr endirdi

Amerika Birləşmiş Ştatlar (ABŞ)  İranın dəstəklədiyi husilərin nəzarətindəki ərazilərə hücum təşkil etdiyini açıqlayıb.

2111036
ABŞ husilərə məxsus hədəflərə zərbələr endirdi

Amerika Birləşmiş Ştatlar (ABŞ)  İranın dəstəklədiyi husilərin nəzarətindəki ərazilərə hücum təşkil etdiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi ''X'' internet səhifəsində məsələ ilə bağlı paylaşım edilib.

Paylaşımda  CENTCOM-un bölgədəki ticarət və ABŞ donanmasının gəmiləri üçün təhlükə yaradan gəmi əleyhinə ballistik raketlərə qarşı hücumlar həyata keçirdiyi bildirilib.

Paylaşımda  hücumların naviqasiya azadlığını qorumaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz etmək məqsədi ilə həyata keçirildiyi qeyd olunub. Raketlərdən birinin İsveçrəyə məxsus "M/V MSC SKY II'' adlı konteyner gəmisinə düşdüyü və gəmiyə ziyan dəydiyi vurğulanıb.

Xatırladaq ki, oktyabrın 31-də husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq Yəmən sahillərində İsrail şirkətlərinə məxsus ticarət gəmilərini ələ keçirməyə, bəzilərinə isə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum etməyə başladılar.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze dronları vurduqlarını açıqladı.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmaq qərarına gəldi.

Dekabrın 18-də ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək bəzi  ölkələrin də iştirakı ilə husilərə  qarşı “Rəfahın mühafizəçisi” adlı çoxmillətli dəniz işçi qrupunun yaradıldığını açıqladı.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.



Әlaqәli Xәbәrlәr