Əcnəbi işçilərə məcburi illik vergi gətirildi

Məcburi illik vergini pozan şəxslər və təşkilatlar cərimələnəcək və 5 ilə qədər həbs cəzasına məhkum olunacaqlar

2109328
Əcnəbi işçilərə məcburi illik vergi gətirildi

 

  Nigeriya hökuməti əcnəbi işçiləri işə götürən təşkilatlar və rəhbər şəxslər üçün illik məcburi vergi tətbiq etdi.

  Yerli mətbuatda yer alan xəbərə görə, Nigeriya hökuməti rəhbər vəzifələrdə xarici kadrlar işlədən qurumlar üçün illik 15, digər əcnəbi işçilər üçünsə 10 min dollarlıq məcburi vergi tətbiq etdiyini bildirib. Diplomatik missiya işçiləri və dövlət məmurları bu təcrübədən azaddır.

  Nigeriya prezidenti Bola Əhməd Tinubu nigeriyalılarla xarici işçilər arasında məşğulluq imkanlarını tarazlaşdırmaq üçün məcburi illik vergi tətbiq etdiklərini söyləyərək deyib: “Hökumətin məqsədi gəlir və yerli məşğulluq imkanlarını artırmaq, əcnəbilərlə nigeriyalı işçi qüvvəsi arasında əmək haqqı fərqlərini aradan qaldırmaqdır."

  Məcburi illik vergini pozan şəxslər və təşkilatlar cərimələnəcək və 5 ilə qədər həbs cəzasına məhkum olunacaqlar.

  İldə ən azı 183 gün işçi işlədən təşkilatlara tətbiq ediləcək verginin icrası Nigeriya İmmiqrasiya Xidməti cavabdehdir.

  Nigeriya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə 150 ​​mindən çox əcnəbi işçi var. Xarici işçilərin əksəriyyəti neft-qaz, tikinti, telekommunikasiya və mehmanxana sektorlarında çalışır.



Әlaqәli Xәbәrlәr