Sebastyan Lekornu: ''Fransa Ermənistana havadan müdafiə sistemləri verməyə hazırdır''

Ermənistana rəsmi səfər edən Fransanın müdafiə naziri Sebastyan Lekornu bu ölkənin Baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanla görüşüb.

2106750
Sebastyan Lekornu: ''Fransa Ermənistana havadan müdafiə sistemləri verməyə hazırdır''

Ermənistana rəsmi səfər edən Fransanın müdafiə naziri Sebastyan Lekornu bu ölkənin Baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanla görüşüb.
Fransalı nazir görüş zamanı ölkəsinin Ermənistana qısa, orta və uzun mənzilli havadan müdafiə sistemləri verməyə hazır olduğunu deyib.
Ermənistan hökumətinin rəsmi ''YouTube'' səhifəsində canlı yayımlanan görüşdə baş nazir Nikol Paşinyan Fransa ilə müdafiə sahəsində əməkdaşlıq əlaqələrinə toxunub.
Paşinyan bəyan edib ki, Fransa Ermənistanın müdafiə və təhlükəsizlik sahəsindəki ehtiyacının şaxələndirilməsi mövzusunda müsbət cavab verən ilk ölkələrdən olub.
Tərəflər həmçinin Ermənistan ordusunda islahatlar, hərbi təlim, döyüş hazırlığı və digər sahələrdə Ermənistan-Fransa əməkdaşlığını müzakirə ediblər.
Ermənistanın rəsmi  “Armenpress” xəbər agentliyinin yaydığı məlumata görə, Fransa naziri Sebestyan Lekornu ilə Ermənistan müdafiə naziri Suren Papikyan arasında da görüş olub.
Görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib, müdafiə və təhlükəsizlik sahəsində sazişlər imzalanıb.
Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən erməni nazir Fransa ilə əməkdaşlığın başqa ölkəyə qarşı olmadığını, Rusiya və digər tərəfdaşların bu məsələyə hörmət etməli olduğunu ifadə edərək deyib: “Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək haqqımız var və bunu hər kəs bilməlidir. Fransız tərəfdaşlarımız iranlı  tərəfdaşlarla əməkdaşlığa hörmət edirlər, iranlı tərəfdaşlar da bu əməkdaşlığa hörmət edirlər”.



Әlaqәli Xәbәrlәr