BMT: ''Ukraynadakı müharibə dünyanın geosiyasətini yenidən formalaşdırıb''

BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Denis Frensis deyib: "Ukraynadakı müharibə bütün dünyanın geosiyasətinin və iqtisadiyyatının yenidən formalaşmasında əsas amil oldu".

2106747

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyasının sədri Denis Frensis BMT Baş Assambleyasında Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı keçirilən yüksək səviyyəli iclasda çıxış edib.
Denis Fransis Rusiyanın Ukraynaya təşkil etdiyi hücumun Ukraynanın suverenliyini pozduğunu, günahsız mülki vətəndaşların ağrı-acılar yaşamasına səbəb olduğunu, BMT Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozduğunu bildirib.
Denis Fransis  BMT-yə üzv ölkələrin Ukrayna xalqının taleyinə və yaşadıqları ağrı-acılara göz yummaması lazım olduğunu vurğulayaraq, bu il həm də Rusiyanın Krımı qanunsuz ilhaqının 10-cu ildönümü olduğunu xatırladıb.
BMT-nin Ukraynadakı insan haqları təftiş missiyasının döyüşlər xaricində ölən və yaralananların sayının yanvar ayında artmağa başladığını təsbit etdiyini bildirən Denis Fransis 2024-cü ilin yanvarında 2023-cü ilin noyabr ayı ilə müqayisədə ölən və yaralananların sayının  37 faiz artdığını bildirib.

Әlaqәli Xәbәrlәr