"Biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik", M.Miller

İsrailin Fələstində mülki insanlara qarşı zorakılığı davam edərkən, ABŞ yeni açıqlama verib.

2105800
"Biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik", M.Miller

İsrailin Fələstində mülki insanlara qarşı zorakılığı davam edərkən, ABŞ yeni açıqlama verib.

Gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran  ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller İsrailin Müharibə Nazirlər Kabinetinin üzvü Benni Qantsın "ümid verici ilkin əlamətlər" olduğu barədə sözlərinin xatırladılması qarşısında deyib:

"Hesab edirik ki, burada razılığa gəlmək üçün (əlverişli) sahə var. Biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik".

Çıxışında ABŞ-ın girovların azad edilməsi və hərbi əməliyyatların dayandırılması istəyini çatdıran Miller Qəzzada “razılaşmanın əldə olunmasını görmək istədiklərini” deyib.

Millerin açıqlaması Qantzın "Fələstinli qruplarla yeni əsir mübadiləsi razılaşması cəhdləri davam edir" və bu mövzuda "irəliləyiş ehtimalının əlamətləri var" ifadələrindən sonra verilib.

Qeyd edək ki, "Həmas"ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də “Əqsa məscidi başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə qarşı hərtərəfli hücuma keçib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 29 min 313 fələstinli həlak olub, 69 min 333 nəfər isə yaralanıb.

Noyabrın 24-də 4 gün verilən və daha sonra 3 gün uzadılan qarşıdurmada “humanitar fasilə” zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.

İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam edir.



Әlaqәli Xәbәrlәr