Ukrayna qoşunları Avdievkadan geri çəkildi

Bu barədə Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski məlumat verib.

2103535
Ukrayna qoşunları Avdievkadan geri çəkildi

Ukrayna qoşunları Avdievkadan geri çəkildi
Bu barədə Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski məlumat verib.
Oleksandr Sirski Donetsk vilayətinin Avdievka şəhərindən qoşunların çıxarılmasına qərar verdiklərini açıqlayıb.
Rəsmi internet səhifəsində paylaşım edən Oleksandr Sirski Avdievka ətrafında yaranmış əməliyyat şəraitinə əsaslanaraq, mühasirəyə düşməmək və əsgərlərin həyatını qorumaq üçün qoşunları şəhərdən çıxarmaq və daha əlverişli mövqeləri müdafiə etmək üçün hərəkətə keçməyə qərar verildiyini bildirib.
Ukrayna əsgərlərinin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini qeyd edən Sirski deyib:"Əsgərlərimiz  rus qoşunlarını məhv etmək üçün əllərindən gələni etdilər və düşmənə ağır zərbələr endirdilər.Vəziyyəti sabitləşdirmək və mövqeləri qorumaq üçün tədbirlər görürük. Avdievkanı geri alacağıq”.


Etiketlәr: #Avdievka , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr