İzzəddin əl-Qəssam Briqadaları: ''İsrail Qəzzada əsirləri qəsdən öldürür''

''Həmas''ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde bildirib ki, İsrail Qəzza zolağında həyata keçirdiyi hücumlarda əsirləri qəsdən öldürüb.

2103583
İzzəddin əl-Qəssam Briqadaları: ''İsrail Qəzzada əsirləri qəsdən öldürür''

''Həmas''ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde bildirib ki, İsrail Qəzza zolağında həyata keçirdiyi hücumlarda əsirləri qəsdən öldürüb.
“İsrailli əsirlər arasında itkilər faktiki olaraq artıb” deyən Əbu Ubeyde İsrail ordusunun israilli əsirləri qəsdən öldürdüyünü və yaraladığını deyib.
Qəzzada saxlanılan əsirlərin üzləşdiyi təhlükələrlə bağlı onlarla dəfə xəbərdarlıq etdiklərini xatırladan Əbu Ubeyde İsrail rəhbərliyinin bu xəbərdarlıqları görməzdən gəldiyini bildirib.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 572 İsrail əsgəri də həlak olub.

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 12000 mindən çoxu uşaq və 8000 mindən çoxu da qadın olmaqla 28775 adam həlak olub.

Dağıntılar altında minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 395 fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr