Husilər: ''ABŞ və Böyük Britaniya Hudeyda şəhərinə 6 hava zərbəsi endirib''

Husilər ABŞ və Böyük Britaniya hərbi hava qüvvələrinin eyni gündə  Hudeyda şəhərinə 6 hücum təşkil etdiyini açıqlayıb.

2103539
Husilər: ''ABŞ və Böyük Britaniya Hudeyda şəhərinə 6 hava zərbəsi endirib''

Husilər ABŞ və Böyük Britaniya hərbi hava qüvvələrinin eyni gündə Hudeyda şəhərinə 6 hücum təşkil etdiyini açıqlayıb.
Husilərə tabe olan ''Əl-Məsirə'' telekanalının yaydığı məlumatda  ABŞ və Böyük Britaniya hərbi hava qüvvələrinin Hudeydanın Dureyhimi rayonuna hava hücumu təşkil etdiyi bildirilib.
Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Husilər Hudeydanın əl-Kubbane bölgəsinə 2, şəhərin şimalındakı əl-Zəhra bölgəsinə isə 3 hücumun təşkil edildiyini bildirib.
ABŞ və Böyük Britaniya məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Xatırladaq ki, husilər gecə saatlarında ölkənin cənubundakı Ədən körfəzində Britaniyaya məxsus LYCAVITOS gəmisini vurduqlarını açıqlamışdı.


Etiketlәr: #İngiltərə , #ABŞ , #husilər

Әlaqәli Xәbәrlәr