Uilyam Berns Benyamin Netanyahu və David Barnea ilə görüşdü

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns İsrailin baş naziri Benyamin Netanyahu və İsrail Xarici Kəşfiyyat Xidmətinin (Mossad) rəhbəri David Barnea ilə yeni əsir mübadiləsi ilə bağlı aparılan danışıqları müzakirə edib.

2103178

İsrail mətbuatının yaydığı məlumatda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsın ölkəyə sürpriz səfər etdiyi bildirilib.

Bildirilib ki, Uilyam Berns səfəri çərçivəsində Netanyahu və ''Mossad'' rəhbəri Barnea ilə görüşüb.

Görüşlərdə ''Həmas'' və İsrail arasında yeni əsir  mübadiləsi ilə bağlı aparılan danışıqların müzakirə edildiyi qeyd edilib.

Bernsin səfərinin Netanyahunun Misirdəki danışıqlarda İsrail nümayəndə heyətinin iştirak etməsinə razılıq verməməsindən sonra baş tutması diqqət çəkib.

Netanyahu ''Həmas''ın əsir mübadiləsi ilə bağlı yeni təklif təqdim etmədiyini iddia edərək, ABŞ və Qətərin vasitəçiliyi ilə Qahirədə keçiriləcək danışıqlara nümayəndə heyəti göndərməkdən imtina edib.

Әlaqәli Xәbәrlәr