Entoni Blinken İordaniya Kralı II Abdullah ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken paytaxt Vaşinqtonda İordaniya Kralı II Abdullah ilə görüşüb.

2102087
Entoni Blinken İordaniya Kralı II Abdullah ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken paytaxt Vaşinqtonda İordaniya Kralı II Abdullah ilə görüşüb.

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, görüş zamanı Blinken ABŞ-İordaniya diplomatik əlaqələrinin 75-ci ildönümü münasibətilə iki ölkə arasında mövcud olan uzunmüddətli tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.

İki ölkə arasındakı əlaqələrin regionda sabitlik üçün əhəmiyyətli olduğunu bildirən Blinken, ABŞ-ın “regional sülh və təhlükəsizliyin irəlilədilməsi” üçün iordaniyalı tərəfdaşlar ilə işləmək istədiyini vurğulayıb.

Blinken İordaniyanın Qəzzada fələstinlilərə humanitar yardım çatdırmaq üçün göstərdiyi səylərə görə Kral Abdullaya təşəkkür edib.

Tərəflər  Qəzzada daimi sülh və təhlükəsizliyin təmin edilməsi məsələsini də müzakirə ediblər.

Blinken ABŞ-ın müstəqil Fələstin dövlətinin yaradılmasına sadiq olduğunu vurğulayıb.

Bu arada ABŞ vitse-prezidenti Kamala Harris də İordaniya Kralı Abdullah ilə görüşüb.

Ağ Evdən verilən açıqlamaya görə, Harris İordaniya kralı II Abdullah ilə görüşündə Qəzzaya etdiyi yardıma görə İordaniyaya təşəkkür edib.

Görüş zamanı Harris Vaşinqton administrasiyasının mövqeyini təkrarlayıb.

Tərəflər həmçinin İordan çayının qərb sahilində sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər.

Harris fələstinlilərin öz taleyini müəyyən etmək hüququna malik olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr