Fələstin Xarici İşlər Nazirliyi Argentinaya reaksiya göstərib

Fələstin Xarici İşlər Nazirliyi Argentinanın "Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və orada səfirlik açacağı" ilə bağlı bəyanatını qiymətləndirib.

2101788
Fələstin Xarici İşlər Nazirliyi Argentinaya reaksiya göstərib

Fələstin Xarici İşlər Nazirliyi Argentinanın "Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və orada səfirlik açacağı" ilə bağlı bəyanatını "Fələstin xalqının müstəqil dövlət qurmaq hüququna hücum" kimi qiymətləndirib.

Fələstin Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda Argentina Prezidenti Xavyer Mileinin İsrailə səfəri zamanı ölkəsinin səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəkləri ilə bağlı açıqlamasına reaksiya verilib.

Bəyanatda bunun beynəlxalq qanunlara və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğu və sözügedən qərarın Argentinanın “ölkəsini tarixin yanlış tərəfində yerləşdirməkdə israrını və Fələstin xalqının müstəqil dövlət qurma haqqına birbaşa hücumu əks etdirdiyi” vurğulanıb.

Bəyanatda Fələstinin Qüdsün hüquqi mövqeyinə məhəl qoymayan hər hansı təşəbbüs və addımı rədd etdiyi vurğulanıb.

Qeyd edək ki, Argentina prezidenti Milei seçki kampaniyası zamanı Argentinanın xarici siyasətində “köklü” dəyişikliklər edəcəyini vurğulayaraq, diqqətlərini ABŞ və İsrailə yönəldəcəklərini bildirib.

Seçki kampaniyası zamanı prezidentliyi qazanacağı təqdirdə Argentinanın Təl-Əviv səfirliyini Qüdsə köçürəcəyinə söz verən Milei İsrailin Qəzzaya hücumlarını da dəstəkləyib.

İsrail 1967-ci ildə işğal etdiyi Şərqi Qüdsü daxil edib, 1980-ci ildə isə birtərəfli qaydada Qüdsü "paytaxtı" elan edib.

Lakin dünyanın bir çox ölkəsi Qüdsü İsrailin paytaxtı kimi tanımır və səfirlikləri Təl-Əvivdə yerləşir.



Әlaqәli Xәbәrlәr