Dennis Frensis İsrailin Rəfah şəhərinə hücumlarının artmasından dərin narahatlığını bildirib

Dennis Frensis İsrail qüvvələrinin Misir sərhədindəki Rəfah şəhərinə hücumları səbəbilə "yeni bir humanitar fəlakətin astanasındayıq" deyə xəbərdarlıq edib.

2101756
Dennis Frensis İsrailin Rəfah şəhərinə hücumlarının artmasından dərin narahatlığını bildirib

BMT Baş Assambleyasının sədri Dennis Frensis İsrail qüvvələrinin Misir sərhədindəki Rəfah şəhərinə hücumları səbəbilə "yeni bir humanitar fəlakətin astanasındayıq" deyə xəbərdarlıq edib.

Bu barədə sosial media platformasında paylaşım edən Frensis "Hərbi əməliyyatların aparıldığı Rəfahda 1 milyondan çox insanın çox pis şəraitdə sığındığını, bölgədə yeni humanitar fəlakətin qaçılmaz olduğunu bildirib.

Dennis Frensis paylaşımında “Bu yol davamlı sülhə aparan yol deyil. Fələstində vəziyyətin yaxşılaşdırılmasına töhfə verə biləcək hər kəsi daha çox qan tökülməsini dayandırmaq və davamlı sülh üçün mənalı dialoq yaratmaq üçün əlindən gələni etməyə dəvət edirəm" deyib.



Әlaqәli Xәbәrlәr