İsrail ordusu Rəfah şəhərinə ağır zərbələr endirdi

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə təşkil etdiyi hücumlarda  azı 14 fələstinlinin həyatını itirdiyi bildirilib.

2100366
İsrail ordusu Rəfah şəhərinə ağır zərbələr endirdi

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə təşkil etdiyi hücumlarda  azı 14 fələstinlinin həyatını itirdiyi bildirilib.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail Rəfahın şimalındakı Ən-Nəsr məhəlləsi və şərqdəki Əl-Cenine bölgəsində mülki əhalinin yaşadığı evləri hədəf alıb.
İsrail qüvvələri Xan Yunisin şərqində yurd-yuvalarından didərgin düşən  fələstinlilərin sığındıqları məktəbə də  hücumu edib.
Oktyabrın 7-dən bəri İsrailin hücumlarına məruz qalan Qəzza zolağında indiyədək 27947 nəfər ölüb.



Әlaqәli Xәbәrlәr