Nigeriyada 88,4 milyon insan ifrat yoxsulluq içində yaşayır

Nigeriya Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin daimi Katibi Temitope Fadeşemi verdiyi açıqlamada ölkədə yoxsulluq səviyyəsinin həyəcan verici olduğunu vurğulayıb.

2099537
Nigeriyada 88,4 milyon insan ifrat yoxsulluq içində yaşayır

Qərbi Afrika ölkəsi olan Nigeriyada 88,4 milyon insan ifrat yoxsulluq içində yaşayır.

Nigeriya Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin daimi Katibi Temitope Fadeşemi verdiyi açıqlamada ölkədə yoxsulluq səviyyəsinin həyəcan verici olduğunu vurğulayıb.

Nigeriyada təxminən 88,4 milyon insanın ifrat yoxsulluq içində yaşadığını ifadə edən Fadeşemi  2022-ci ilə qədər dünya əhalisinin ifrat artıq yoxsulluq içində olan dünya əhalisinin 12,9 faizinin Nigeriyada yaşadığını qeyd edib.

Hökumətin ölkədə yoxsulluqla mübarizədə mühüm addımlar atdığını deyən Fadeşemi hökumətin fermerlərlə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar təşkil etdiyini bildirib.

Afrika qitəsinin zəngin neft və təbii qaz ehtiyatlarına malik olan Nigeriyada gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

Ölkədəki iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbindən çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya getməyə çalışırlar.


Etiketlәr: #yoxsulluq , #Nigeriya

Әlaqәli Xәbәrlәr