Livan Böyük Britaniyaya nota verdi

Livan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Beyrutdakı səfiri Xamiş Kouellin nazirliyə çağırıldığını və ona etiraz notası təqdim edildiyini açıqlayıb.

2098557
Livan Böyük Britaniyaya nota verdi

Livan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Beyrutdakı səfiri Xamiş Kouellin nazirliyə çağırıldığını və ona etiraz notası təqdim edildiyini açıqlayıb.
Buna səbəb Böyük Britaniya xarici işlər naziri Devid Kameronun Livan Xarici İşlər Nazirliyini ziyarət etməməsi göstərilib.
Livanın rəsmi NNA xəbər agentliyinin məlumatına əsasən, Livanın xarici işlər naziri Abdullah Buhabibi nazirliyə çağırılan Kouell ilə görüşüb.
Görüş zamanı Kouellə Cameronun fevralın 1-də Beyruta səfəri ilə bağlı etiraz notasının təqdim edildiyi bildirilib. Məlumatda məsələ ilə bağlı ətraflı məlumat verilmyib.
Britaniyalı nazir fevralın 1-də Beyruta səfəri zamanı Livanın Baş naziri  Nəcib Mikati, parlamentin sədri Nabih Berri və Birləşmiş Millətlər Təşkilatının Liviyadakı sülhməramlı missiyasının komandanları ilə görüşüb.



Әlaqәli Xәbәrlәr