Qəssam Briqadaları: ''Qəzzanın qərbində 15 İsrail əsgərini öldürdük''

''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza şəhərinin qərbində 15 İsrail əsgərini öldürdüklərini açıqlayıb.

2096914
Qəssam Briqadaları: ''Qəzzanın qərbində 15 İsrail əsgərini öldürdük''

''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza şəhərinin qərbində 15 İsrail əsgərini öldürdüklərini açıqlayıb.
Qəssam Briqadalarının yaydığı açıqlamada bu ifadələrə yer verilib: "Qəssam mücahidləri Qəzza şəhərinin qərbindəki Cavazat bölgəsində 15 sionist əsgəri öldürdülər".
Açıqlamada İsrail ordusuna aid zirehli vasitənin də ''Yasin-105'' raketi ilə hədəf alındığı qeyd edilib.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 561 İsrail əsgəri də həlak olub

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 11500-ü çoxu uşaq və 8000 mini də qadın olmaqla 27131 adam həlak olub.

Dağıntılar altında minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 381 fələstinli həyatını itirib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 176 Hizbullah üzvü, 30 livanlı, 6 israilli və İsrail ordusunun 10 hərbçisi həlak olub. 



Әlaqәli Xәbәrlәr