Şimali Koreyanın bir neçə qanadlı raket buraxdığı bildirilib

Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Sarı dənizə doğru qanadlı raketlər buraxdığını bildirib.

2094964
Şimali Koreyanın bir neçə qanadlı raket buraxdığı bildirilib

Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Sarı dənizə doğru qanadlı raketlər buraxdığını bildirib.
Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 07:00-da Sarı dənizə doğru qanadlı raketlər atdığı açıqlanıb.

Raketlərin sayı dəqiqləşdirilməyib.

Açıqlamada Cənubi Koreya ordusunun monitorinqi gücləndirdiyi və Şimali Koreyanı izləmək üçün ABŞ-la koordinasiya etdiyi vurğulanıb.

"Hərbçilərimiz Şimali Koreyanın təxribatlarını izləmək üçün ABŞ ilə sıx əməkdaşlıq edir", açıqlamada deyilib.

Seulda yerləşən Yonhap xəbər agentliyi bildirib ki, bu, Şimali Koreyanın son bir həftə ərzində üçüncü qanadlı raket sınağıdır.

Şimali Koreya xəbər agentliyinin (KCNA) yanvarın 19-da verdiyi xəbərə görə, Şimali Koreya yanvar ayında hazırlandığı "Haeil-5-23" sualtı nüvə silah sistemini sınaqdan keçirib.



Әlaqәli Xәbәrlәr