İzzəddin əl-Qəssam Briqadaları: "Bir həftə ərzində 53 İsrail əsgərini öldürdük"

Fələstinin müqavimət hərəkatı "Həmas"ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bir həftə ərzində 53 İsrail əsgərini öldürdüklərini, 68 hərbi maşını məhv etdiklərini açıqlayıb.

2093743
İzzəddin əl-Qəssam Briqadaları: "Bir həftə ərzində 53 İsrail əsgərini öldürdük"

Fələstinin müqavimət hərəkatı "Həmas"ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bir həftə ərzində 53 İsrail əsgərini öldürdüklərini, 68 hərbi maşını məhv etdiklərini açıqlayıb.

Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde bildirib ki, onlar keçən həftə Qəzza zolağında İsrail ordusuna aid 68 hərbi maşını qismən və ya tamamilə məhv ediblər.

53 İsrail əsgərinin sıfır məsafədən, 9 əsgərin isə snayperlər tərəfindən vurulduğuna diqqət çəkən Əbu Ubeyde keçən həftə həyata keçirdikləri 57 hərəkətdə onlarla İsrail əsgərini yaraladıqlarını ifadə edib.

Qəssam Briqadalarının İsrail ordusuna aid 2 ədəd Skylark-2 model kəşfiyyat təyyarəsini də vurduğunu və 2-si kamikadze olmaqla 8 pilotsuz uçan aparatı ələ keçirdiyini vurğulayan Əbu Ubeyde, Qəzzanın müxtəlif bölgələrində İsrail əsgərlərini minaatan və raketlərlə hədəfə aldıqlarını bildirib, İsrail əsgərlərini hədəf almaqla yanaşı, ölkə daxilində də raket hücumlarına davam etdiklərinə diqqət çəkib.

"Həmas"ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadaları oktyabrın 7-də “Əqsa məscidi başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə qarşı hərtərəfli hücuma keçib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 11 mini uşaq, 7 min 500-ü qadın olmaqla 25 min 900 fələstinli həlak olub, 64 min 110 nəfəri yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bəri 556 əsgərinin öldürüldüyünü açıqlayıb.

Münaqişədə humanitar fasilə zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı şəkildə azad edilib.



Әlaqәli Xәbәrlәr