Olaf Şolts və Volodimir Zelenski arasında telefon danışığı olub

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayıb.

2093242
Olaf Şolts və Volodimir Zelenski arasında telefon danışığı olub

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayıb.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreitin məlumatına görə, Olaf Şolts Volodimir Zelenski ilə Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyət ətrafında fikir mübadiləsi aparıb.
Volodimir Zelenski söhbət zamanı Olaf Şoltsu Rusiyanın son hücumlarının nəticələri barədə məlumatlandırıb və Almaniya hökumətinə xüsusilə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün göstərdiyi hərbi dəstəyə görə təşəkkür edib.
Olaf Şolts  Rusiyanın hücumlarına məruz qalan Ukrayna ilə "sarsılmaz həmrəyliyini" təkrarlayıb və Avropa və beynəlxalq tərəfdaşlarla Ukraynanı hərbi sahədə dəstəkləməyə davam edəcəklərini bildirib.
Liderlər  2023-cü ilin iyulunda G7 ölkələrinin birgə bəyannaməsinin icrası çərçivəsində ikitərəfli təhlükəsizlik və dəstək öhdəlikləri sazişi üzrə davam edən danışıqları qısa müddət ərzində başa çatdırmaq barədə razılığa gəliblər.
Sözügedən bəyannamədə G7 ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində özünü müdafiə edə və gələcək hücumların qarşısını ala bilən azad, müstəqil, demokratik və suveren Ukraynanın strateji hədəfinə olan sarsılmaz dəstəyi ifadə edilib.
Qeyd edək ki, Böyük Britaniya G7 ölkələri arasında Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayan ilk ölkə olub.



Әlaqәli Xәbәrlәr