İngiltərənin xarici işlər naziri Türkiyeyə rəsmi səfərə gələcək

İngiltərənin xarici işlər naziri Devid Kemeron Qəzzada daimi atəşkəsin təmin olunması səyləri çərçivəsində Türkiye, İsrail, Fələstin və Qətərə səfər edəcək.

2092831
İngiltərənin xarici işlər naziri Türkiyeyə rəsmi səfərə gələcək

İngiltərənin xarici işlər naziri Devid Kemeron Qəzzada daimi atəşkəsin təmin olunması səyləri çərçivəsində Türkiye, İsrail, Fələstin və Qətərə səfər edəcək.

İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Kemeronun bu həftə bölgə liderləri ilə təmaslarında Qəzzaya daha çox humanitar yardım çatdırılması, əsirlərin azad edilməsi və davamlı və daimi atəşkəsə nail olunmasına diqqət yetirəcəyi bildirilib.

Açıqlamada Kemeronun Türkiyedəki hökumət rəsmiləri ilə təmaslarında regional təhlükəsizlik və Orta Şərqdəki digər meydan oxumaları müzakirə edəcəyi qeyd edilib.

Açıqlamada "İngiltərə və Türkiyenin yaxın tərəfdaşlığı var və biz NATO və Ukraynaya dəstəyin gücləndirilməsi, terror və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində mühüm işimizi davam etdirəcəyik" deyilib.

Kemeronun İsraildə Baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Yisrael Katz ilə görüşəcəyi, Qəzzaya humanitar yardımın sürətlə və əhəmiyyətli dərəcədə artırılmasını tələb edəcəyi və ölkəsinin mülki vətəndaşların itki sayının çox olması ilə bağlı narahatlığını çatdıracağı açıqlamada qeyd edilib.

Xarici işlər naziri Kemeronun Qəzzaya yardım üçün Aşdod Limanı və Kerem Şalom sərhəd-keçid məntəqsi də daxil olmaqla daha çox keçid məntəqəsinin istifadəsi, su, yanacaq və elektrik təchizatının normal vəziyyətə salınması tələblərini təkrarlayacağı bildirilib.



Әlaqәli Xәbәrlәr