ABŞ F-16-ların Türkiyeyə satışı ilə bağlı bəyanat yayıb

ABŞ administrasiyası bəyan edib ki, F-16-ların Türkiyeyə satışı həm özlərinin, həm də Türkiyenin və NATO-nun digər müttəfiqlərinin milli təhlükəsizlik maraqlarına uyğundur.

2092557

Ağ Ev Milli Təhlükəsizlik Şurasının rəsmisi Türkiyeyə F-16 satışına dair verdiyi açıqlamada qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden Türkiyenin F-16 donanmasının modernləşdirilməsini əvvəldən dəstəkləyib.

"F-16 satışı NATO daxilində qarşılıqlı əlaqəni gücləndirəcək və ABŞ-ın milli maraqlarına uyğundur. Xarici ölkələrə silah satışında Konqresin mühüm rolu var və biz bu məsələdə Konqreslə işləyirik", - deyə Ağ Ev rəsmisi bildirib.

Әlaqәli Xәbәrlәr