"Orta Şərqdə “iki dövlətli həll”dən başqa alternativ yoxdur", C.Borrell

Cozef Borrell bildirib ki, İsrail istəsə də, istəməsə də Orta Şərqdə “iki dövlətli həll” üçün danışıqlar davam edəcək.

2092368
"Orta Şərqdə “iki dövlətli həll”dən başqa alternativ yoxdur", C.Borrell

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bildirib ki, İsrail istəsə də, istəməsə də Orta Şərqdə “iki dövlətli həll” üçün danışıqlar davam edəcək.

Cozef Borrell Belçikanın paytaxtı Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən sonra verdiyi açıqlamada Qəzzada mülki şəxslərə yardım çatdırmaq, əsirləri xilas etmək və mülki əhalinin tələfatının qarşısını almaq üçün İsrailin hücumlarını və bombardmanlarını dayandırmağa çalışmağın "prioritet və təcili" olduğunu vurğulayıb.

Orta Şərqdə “iki dövlətli həll”dən başqa alternativin olmadığını vurğulayan Borrel İsrailin bu istiqamətdə Fələstin dövlətinin qurulması üçün zəmanət verməli olduğunu bildirib.

O, işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq hərəkətləri edən qeyri-qanuni yəhudi köçkünlərə qarşı sanksiyaların tətbiqi istiqamətində səylərin davam etdiyini bildirərək, “sülhü və təhlükəsizliyi təmin etmək üçün həll yolu tapmaq beynəlxalq ictimaiyyətin, xüsusilə də Avropanın mənəvi borcudur" deyə söyləyib.

İsrail “iki dövlətli həll”i qəbul etməsə belə, bu həll üçün danışıqların davam edəcəyi mesajını verən Aİ-nın ali nümayəndəsi: “Əgər İsrail bu həlli istəmirsə, onların həll istiqamətində müzakirələrdə yer tapması çətin olacaq. Lakin bu, digərlərinin (aktyorların) bunu etməsinə mane olmur. Beynəlxalq ictimaiyyət birlikdə həll yolu hazırlaya bilsə, onu təklif etsə və razılaşsa, müəyyən sövdələşmə gücünə malik olacaq" deyə durumu dəyərləndirib.



Әlaqәli Xәbәrlәr