ABŞ-də kəskin hava şəraiti müşahidə olunur

ABŞ-də kəskin hava şəraiti bir həftə ərzində azı 92 nəfərin ölümünə səbəb olub.

2091820
ABŞ-də kəskin hava şəraiti müşahidə olunur

ABŞ-də kəskin hava şəraiti bir həftə ərzində azı 92 nəfərin ölümünə səbəb olub.

Bu barədə “CBS News” məlumat yayıb.

Bildirilib ki, Tennessidə 25, Oreqonda ən azı 16 nəfər, o cümlədən üç nəfər ağacın aşdığı avtomobildə həlak olub.

Soyuq, güclü külək, qar və buzlu hava səbəbindən ölüm halları İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu-Cersi ştatlarında da qeydə alınıb.

Digər tərəfdən, soyuq havanın bu həftə də təsirini davam etdirəcəyini bildirən meteoroloqlar xüsusilə yollarda qar və buzlanmaya qarşı xəbərdarlıq ediblər.



Әlaqәli Xәbәrlәr