Şimali Koreya və Rusiya yeni çoxqütblü beynəlxalq nizam yolunda

Şimali Koreya Mərkəzi Xəbər Agentliyi – KCNA-nın xəbərinə görə ...

2091425
Şimali Koreya və Rusiya yeni çoxqütblü beynəlxalq nizam yolunda

 

  Şimali Koreya bəyan edib ki, onlar yeni çoxqütblü beynəlxalq nizam yaratmaq üçün Rusiya ilə strateji və taktiki əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

  Şimali Koreya Mərkəzi Xəbər Agentliyi – KCNA-nın xəbərinə görə, Koreya Demokratik Xalq Respublikası Xarici İşlər Nazirliyi nazir Ço Son Huinin Rusiyadakı görüşləri ilə bağlı açıqlama verərək bildirib: “Yeni çoxqütblü beynəlxalq nizamın qurulması üçün Rusiya ilə strateji və taktiki əməkdaşlığın inkişaf etdirilməsi üçün razılıq əldə edildi. Rusiya prezidenti Vladimir Putin Pxenyana səfər etmək istəyini bir daha təkrarladı və bu, yaxınlarda baş verəcək."

  Xatırladaq ki, V.Putin və Ço yanvarın 16-da Rusiyanın paytaxtı Moskvada bir araya gəliblər. Görüşdə Rusiya Prezident Aparatında xarici siyasət məsələləri üzrə müşavir Yuri Uşakov və Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edib.



Әlaqәli Xәbәrlәr