BMT: ''2023-cü il fələstinlilər üçün ən ölümcül il oldu''

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin İsrailin hücumlarına məruz qalan İordan çayının qərb sahilindəki fələstinlilər üçün "ən ölümcül il" olacağını bildirib.

2090991

BMT-nin Cenevrədəki Ofisinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda 7 oktyabr 2023 ilə 12 yanvar 2024 il arasında Şərqi Qüds daxil olmaqla İordan çayının qərb sahilində 88-i uşaq olmaqla 344 fələstinlinin öldürüldüyü bildirilib.
''2023-cü il fələstinlilər üçün ən ölümcül il oldu'',-deyə paylaşımda vurğulanıb.
''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
 İsrail ordusu buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən  24.600-dən çox fələstinli həyatını itirib.

Әlaqәli Xәbәrlәr