Benyamin Netanyahu: ''Qəzzaya hücumlar davam edəcək''

İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant mühasirə altındakı Qəzza zolağına hücumların davam edəcəyini  təkrarlayıblar.

2090419
Benyamin Netanyahu: ''Qəzzaya hücumlar davam edəcək''

İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant mühasirə altındakı Qəzza zolağına hücumların davam edəcəyini  təkrarlayıblar.
Benyamin Netanyahu İsrailin cənubundakı Nevatim Hərbi Hava Bazasına baş çəkib.
Qəzzaya hücumların  davam edəcəyini bildirən Netanyahu deyib: "Heç kim bizi yanlış mühakimə etməməlidir. Qələbəyə qədər havadan, qurudan və dənizdən döyüşməyə davam edəcəyik".
Müdafiə naziri Yoav Qallant da Qəzzaya hücumların davam edəcəyini bildirib.
Hərbi hissəyə səfəri zamanı çıxış edən Yoav Qallant deyib: "Qəzzada girovlar olduğu müddətcə müharibəni bitirə bilmərik. Girovları azad etmənin yolu hərbi təzyiqdir".
Həmasın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən 24 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr