Rusiya Ukraynaya ağır zәrbәlәr endirib

Rusiya ötən gecə Ukraynanın şimalındakı Xarkov və cənubundakı Odessa şəhərlərinə zərbələr endirib.

2089991
Rusiya Ukraynaya ağır zәrbәlәr endirib

Rusiya ötən gecə Ukraynanın şimalındakı Xarkov və cənubundakı Odessa şəhərlərinə zərbələr endirib.
Ukrayna Fövqəladə Hallar Xidməti iki şəhərdə 20 nəfərin yaralandığını, bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Bəyanatda deyilir: “Xarkov və Odessa üçün çətin gecədir. Azı 20 nəfər yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.İşğalçılar Xarkova 2 raket zərbəsi endirib, 17 nəfər yaralanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 1 nəfəri xilas edib, 30 mülki vətəndaşı təxliyə edilib''.
Hücum nəticəsində binalara və maşınlara ziyan dəyib.
Odessada pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 3 nəfər yaralanıb.
Xilasetmə qrupları 130 mülki vətəndaşı təxliyə edib. Mülki yaşayış məntəqələrinin infrastrukturuna ziyan dəyib.
Rus ordusu Xerson, Dnepr və Sumi bölgələrinə də hücum etdi.
“Dünən gecə ölkə üzrə 8 bölgədə ümumilikdə 10 hücum qeydə alınıb”,-deyə məlumatda vurğulanıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Belqoroda raket və pilotsuz uçuş aparatı (PUA) ilə etdiyi hücumların qarşısını aldıqlarını açıqlayıb.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.



Әlaqәli Xәbәrlәr