İsrail ordusu bəyanat yaydı

İsrail ordusu Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda daha 2 əsgərinin həlak olduğunu bildirib.

2089631
İsrail ordusu bəyanat yaydı

İsrail ordusu Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda daha 2 əsgərinin həlak olduğunu bildirib.
Bu barədə İsrail ordusundan verilən bəyanatda bildirilib.
İsrail ordusunun internet səhifəsində edilən paylaşıma görə, oktyabrın 7-dən indiyədək 525 İsrail əsgəri həlak olub.
''Həmas'' hərəkatının ağır əks-hücumlarına məruz qalan və ciddi hərbi itkilər verən İsrail  dörd diviziyasından birini Qəzza zolağından çıxarmaq qərarına gəlib.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.
Oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının dünən 24 285-ə yüksəldiyi açıqlanıb.



Әlaqәli Xәbәrlәr