Husilər ABŞ-a məxsus gəmiyə hücum etdi

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından verilən bəyanatda bildirilib.

2089119
Husilər ABŞ-a məxsus gəmiyə hücum etdi

Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərin nəzarətində olan bölgədən atılan ballistik raketin ABŞ-a məxsus “Gibraltar Eagle” konteyner gəmisini vurduğunu açıqlayıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında deyilir
"Səna vaxtı ilə təxminən saat 16:00-da İranın dəstəklədiyi husilər Yəməndə nəzarət etdikləri bölgədən anti-ballistik raket atıblar. Raket ABŞ-a məzxus olan  və ABŞ tərəfindən idarə olunan Marşal adaları bayraqlı "Gibraltar Eagle" konteyner gəmisinə düşüb. 
Məlumata görə, hücum zamanı heç kim yaralanmayıb və  gəmiyə ciddi ziyan dəyməyib.


Etiketlәr: #CENTCOM , #husilər , #Yəmən , #ABŞ

Әlaqәli Xәbәrlәr