İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı

Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 24 min 100-ə yüksəlib.

2088823
İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı

Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 24 min 100-ə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 101 gündür intensiv hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 132 fələstinlini öldürdüyü, 252 nəfərin yaralandığı bildirilib.

İsrail qüvvələrinin son 24 saatda “12 qırğın” törətdiyi bildirilən açıqlamada 7 oktyabrdan bu yana hücumlarda həlak olan fələstinlilərin sayının 24 min 100, yaralı sayının isə 60 min 834-ə yüksəldiyi qeyd edilib.

Xəsarət alanlardan bəzilərinin hələ də dağıntılar altında və ya yol kənarında olduğu, təcili yardım və mülki müdafiə qruplarının bu insanlara çata bilmədiyi bildirilib.



Әlaqәli Xәbәrlәr