İsrail ordusu Qəzza zolağına ağır zərbələr endirməyə davam edir

İsrail döyüş təyyarələri Qəzzanın mərkəzindəki bir evi vurub.

2088375
İsrail ordusu Qəzza zolağına ağır zərbələr endirməyə davam edir
gazze.jpg
gazze otobus.jpg

İsrail döyüş təyyarələri Qəzzanın mərkəzindəki bir evi vurub.
Hücum nəticəsində 20 nəfər həlak olub.
Fələstinin telekommunikasiya şirkəti də İsrailin Qəzzada 2 əməkdaşını öldürdüyünü açıqlayıb.
İsrail ordusu Xan Yunis şəhərini də bombalayıb. Döyüş təyyarələri Deyr əl-Belah şəhərində bir avtobusu hədəfə alıb.
İsrail həmçinin Qəzza zolağının mərkəzi və şimal hissələrinə humanitar yardımın daxil olmasına mane olur.
Qəzzadakı hökumət aclıq və susuzluq səbəbindən 800 min insanın həyatının təhlükədə olduğunu açıqlayıb.
İsrailin hücumlarına görə cənuba qaçan qəzzalılar Rəfah sərhədində qurduqları müvəqqəti çadırlarda həyatlarını davam etdirməyə çalışırlar.
İsrail ordusunun Qəzzadakı itkiləri də artır.
''Həmas''ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Xan Yunus şəhərində İsrailin zirehli maşınlarına hücumlarının görüntüləri paylaşıb.
İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində baş verən qarşıdurmalarda əsgərlərindən birinin öldüyünü də açıqlayıb.
İsrailin oktyabrın 7-dən bu yana 521 əsgərinin həlak olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr