Nigeriyada 83 terrorçu və dəstə üzvü zərərsizləşdirilib

Nigeriya ordusu son bir həftə ərzində həyata keçirdiyi əməliyyatlarda 86 terrorçu və dəstə üzvünü zərərsizləşdirib.

2087931
Nigeriyada 83 terrorçu və dəstə üzvü zərərsizləşdirilib

Nigeriya ordusu son bir həftə ərzində həyata keçirdiyi əməliyyatlarda 86 terrorçu və dəstə üzvünü zərərsizləşdirib.
Nigeriya Müdafiə Nazirliyinin media əməliyyatları üzrə direktoru Edvard Buba keçirdiyi həftəlik mətbuat konfransında verdiyi açıqlamada ordunun son bir həftədə ölkənin şimalındakı müxtəlif ştatlarda əməliyyatlar keçirdiyini bildirib.
Buba əməliyyatlar zamanı 86 terrorçu və dəstə üzvlərinin öldürüldüyünü, 101 terrorçunun ələ keçirildiyini, terrorçulara məxsus çox sayda silah-sursatın ələ keçirildiyini qeyd edib.
Buba ordunun ölkədəki təhlükəsizlik problemləri ilə mübarizədə qərarlı olduğunu bildirib.
“Bu səbəbdən də ordu  qarşıda duran vəzifəni yerinə yetirmək üçün böyük güclə hərəkət etməyə davam edəcək”,-deyə Edvard Buba qeyd edib.
Nigeriya müxtəlif bölgələri silahlı dəstələrin, həmçinin DEAŞ-ın Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumlarına məruz qalır.



Әlaqәli Xәbәrlәr