Yaponiyada zəlzələ nəticəsində həlak olanların sayı 92 nəfərə çatıb

Yaponiyanın qərbindəki İsikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 92-yə yüksəlib.

2084608
Yaponiyada zəlzələ nəticəsində həlak olanların sayı 92 nəfərə çatıb

Yaponiyanın qərbindəki İsikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 92-yə yüksəlib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1, 2, 3 və 4-də Noto yarımadasında və İşikava sahillərində 4-7 bal gücündə zəlzələlər baş verib.

Bu gün də yarımada bölgəsində yeraltı təkanlar qeydə alınıb.

İsikava əyalətinin qubernatorluğu bölgədə baş verən zəlzələlərdə 92 nəfərin həyatını itirdiyini, 300-dən çox yaralının isə bölgə daxilində müalicə olunduğunu açıqlayıb.

Bildirilib ki, 40-dan çox insan dağıntılar altında qalıb, 700-dən çox insan isə yolların bağlı olması səbəbindən müxtəlif nöqtələrdə qapalı qalıb.

Ştat üzrə 165 məktəb və obyektdə qismən zərərin aşkar edildiyi və təqribən 33 min nəfərin 370 təxliyə nöqtəsində yerləşdirildiyi açıqlanıb.

Noto yarımadasında davam edən yağışların sürüşmələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Bildirilib ki, 30 min evə elektrik, 80 min evə isə su verilişində problem yaranıb, 240-dan çox insanın taleyi məlum deyil.

Axtarış-xilasetmə fəaliyyətləri üçün bölgəyə göndərilən Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) personalının sayı 4600 nəfərə çatdırılıb.



Әlaqәli Xәbәrlәr