İsveçin cənubunda yağan güclü qar gündəlik həyatı iflic edib

Təxminən min avtomobil yolda qalıb və xilasetmə qrupları bölgəyə cəlb olunub

2084461
İsveçin cənubunda yağan güclü qar gündəlik həyatı iflic edib

İsveçin cənubunda yağan güclü qar gündəlik həyatı iflic edib.

Güclü qar, buzlanma və şiddətli tufan səbəbindən Hörby və Kristianstad arasındakı E22 şossesində nəqliyyatın hərəkəti dayanıb. Təxminən min avtomobil yolda qalıb və xilasetmə qrupları bölgəyə cəlb olunub

Ölkənin şimalındakı Kvikkjokk-Arrenjarka bölgəsində çərşənbə axşamı havanın temperaturu mənfi 43,6 dərəcəyə enib. Bu, ölkədə son 25 ildə qeydə alınan ən aşağı temperatur olub.

Soyuq dalğanın həftə sonuna qədər təsirli olacağı gözlənilir.


Etiketlәr: #İsveç , #güclü qar

Әlaqәli Xәbәrlәr