Antonio Quterreş Rusiya ilə Ukrayna arasında baş tutan növbəti əsir mübadiləsini alqışladı

Bu barədə BMT-dən verilən məlumatda bildirilib.

2084682
Antonio Quterreş Rusiya ilə Ukrayna arasında baş tutan növbəti əsir mübadiləsini alqışladı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya ilə Ukrayna arasında baş tutan məhbus mübadiləsini alqışlayıb.
Bu barədə BMT-dən verilən məlumatda bildirilib.
Məlumatda  bunun Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan sonra ən böyük əsir mübadiləsi olduğu və bu çərçivədə 230 Ukrayna və 248 Rusiya hərbi əsirinin azad edildiyi qeyd edilib.
Məlumatda Antonio Quterreşin məhbus mübadiləsini alqışladığı və vasitəçilik fəaliyyətinə görə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təşəkkür etdiyi bildirilib.
Məlumatda həmçinin Antonio Quterreşin bu addımın daha çox məhbus mübadiləsinə yol açacağına ümid etdiyi və bunun gərginliyin azaldılması səylərinə töhfə verəcəyi bildirilib.
Dünən BƏƏ Rusiya ilə Ukrayna arasında “müharibə başlayandan bəri ən böyük əsir mübadiləsindən birinin” baş tutduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr