Vladimir Putin İranda törədilən terror aktını qınadı

Kremldən verilən məlumata görə, Vladimir Putin İranın dini lideri Əli Xamneyi və İran prezidenti İbrahim Rəisiyə başsağlığı verib.

2084230
Vladimir Putin İranda törədilən terror aktını qınadı

Rusiya prezidenti Vladimir Putin İranın Kirman şəhərində törədilən terror aktını pisləyib.
Kremldən verilən məlumata görə, Vladimir Putin İranın dini lideri Əli Xamneyi və İran prezidenti İbrahim Rəisiyə başsağlığı verib.
Vladimir Putin deyib:"Biz terrorun bütün növlərini qətiyyətlə pisləyirik''. 
Ötən gün İranın Kirman əyalətində İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı Qasim Süleymaninin məzarı yaxınlığında törədilən iki partlayış nəticəsində 95 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr