ABŞ İrandakı hücumla bağlı açıqlama verdi

Amerika Birləşmiş Ştatları administrasiyası İranın Kirman vilayətində 95 nəfərin ölümü və 211 nəfərin yaralanması ilə nəticələnən hücumlarla əlaqəsinin olduğuna dair iddiaları rədd edib.

2083949

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi gündəlik mətbuat konfransında  mövzu ilə bağlı sualları cavablandırıb. 
Metyu Miller deyib: "ABŞ-in heç bir şəkildə bu işdə əli olmayıb, yayılan iddialar gülüncdür. İkincisi, İsrailin bu partlayışlarda əli olduğuna inanmaq üçün heç bir əsasımız yoxdur".
Metyu  Miller hücumlarda həyatını itirənlərlə əlaqədar başsağlığı verib.
Ötən gün İranın Kirman əyalətində İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı Qasim Süleymaninin məzarı yaxınlığında törədilən iki partlayış nəticəsində 95 nəfər həyatını itirib.

Etiketlәr: #Metyu Miller , #hücum , #İran , #ABŞ

Әlaqәli Xәbәrlәr