12 ölkə husilərə xəbərdarlıq etdi

12 ölkə yaydığı birgə bəyanatla Yəməndəki husilərə Qırmızı dənizdəki hücumlarına görə xəbərdarlıq edib.

2084176
12 ölkə husilərə xəbərdarlıq etdi

12 ölkə yaydığı birgə bəyanatla Yəməndəki husilərə Qırmızı dənizdəki hücumlarına görə xəbərdarlıq edib.
Amerika rəhbərliyi tərəfindən edilən və Avstraliya, Bəhreyn, Belçika, Kanada, Danimarka, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zelandiya və Böyük Britaniyanın imzaladığı bəyanatda husilər hədəf alındı.
Bəyanatda  bu hücumların dünya dəniz ticarətini ciddi şəkildə pozduğu və bunun milyonlarla insanın həyatına mənfi təsir etdiyi qeyd edilib.
“Biz bu qeyri-qanuni hücumlara dərhal son qoymağa və qanunsuz olaraq saxlanılan gəmilərin azad edilməsi ilə əlaqədar çağırış edirik'',-deyə bəyanatda qeyd olunub.


Etiketlәr: #bəyanat , #ABŞ , #husilər

Әlaqәli Xәbәrlәr