Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

2082843
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İşikavada vəziyyət ən ağırdır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir, faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri bölgəyə göndərilib.

Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.

Bu arada, Yaponiyanın bir sıra prefekturalarında güclü sunami təhlükəsi ləğv edilib.

Bildirilir ki, bununla yanaşı, ölkədə zəlzələ nəticəsində yaranan sunami təhlükəsi hələ də qalmaqdadır. Xəbərdarlıq Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarının sakinləri üçün aktualdır.

Yaponiya Geoməkan Məlumat Mərkəzi tərəfindən verilən açıqlamada, isə zəlzələlərlə bağlı tədqiqatlarda sahildəki Vajimadakı qurunun 1,3 metr qərbə doğru irəlilədiyi müəyyən edilib.



Әlaqәli Xәbәrlәr