Keniyada yanacaq tankerində partlayış baş verib

Keniyanın Mombasa limanında gözləyən yanacaq tankerində baş verən partlayış nəticəsində 1 nəfər yaralanıb.

2081090
Keniyada yanacaq tankerində partlayış baş verib

Keniyanın Mombasa limanında gözləyən yanacaq tankerində baş verən partlayış nəticəsində 1 nəfər yaralanıb.
“The Daily Nation” qəzetinin məlumatına görə, Mombasanın Livatoni limanında lövbər salan yanacaq tankerində partlayış baş verib.
Şəhərin sahilyanı ərazilərində hiss edilən partlayış nəticəsində bir nəfər yaralanıb.
Yanğını söndürmək üçün əraziyə çox sayda yanğınsöndürmə briqadası göndərilib.
Partlayışın qaz toplanması səbəbindən baş verdiyi təxmin edilir.



Әlaqәli Xәbәrlәr