İsrail Maqazi qaçqın düşərgəsinə hücum edib, azı 70 fələstinli həyatını itirib

İsrail Qəzza zolağını bombalamağa davam edir.

2080363
İsrail Maqazi qaçqın düşərgəsinə hücum edib, azı 70 fələstinli həyatını itirib

İsrailin Maqazi qaçqın düşərgəsinə hücumu nəticəsində 70 nəfər ölüb.
İsrail Qəzza zolağını bombalamağa davam edir.
İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən Maqazi qaçqın düşərgəsini vurub.

Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin hücumlarında ölənlərin sayının son 24 saatda 250 nəfər artaraq 20 674 nəfərə çatdığını bildirdi.
İsrail ordusunun mülki əhalinin yaşadığı evlərə hava zərbəsi endirdiyi, Maqazi qaçqın düşərgəsinə təşkil etdiyi hücumda azı 70 fələstinlinin həyatını itirdiyi bildirilib.
Qəzzadakı Səhiyyə Nazirliyi əhalinin çox olduğu Maqazi qaçqın düşərgəsinə edilən hücumun soyqırım olduğuna diqqət çəkib.
İsrail təhlükəsiz bölgə olacağını iddia etdiyi Xan Yunisə hücumlarını davam etdirir.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.



Әlaqәli Xәbәrlәr