Entoni Blinken və Samih Şükri Qəzzadakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Samih Şükri ilə ikitərəfli əlaqələri və Qəzzadakı son vəziyyəti müzakirə edib.

2078773

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Entoni Blinken və Samih Şükri arasında telefon danışığı olub.

Misirlə əməkdaşlığın davam etdirilməsinin vacibliyinə diqqət çəkən Entoni Blinken və Samih Şükri müstəqil Fələstin dövlətinin qurulması ilə bağlı qətiyyətlərini bir daha vurğuladılar.

Entoni Blinken Qəzzada fələstinlilərə göndərilən humanitar yardımların artırılmasında və  əsirlərin azad edilməsi mövzusunda  oynadıqları rola görə Samih Şükriyə təşəkkür edib.

Qəzzada fələstinli mülki vətəndaşlara dəyən zərəri minimuma endirmək üçün  konkret addımların atılmasının vacibliyini vurğulayan Entoni Blinken və Samih Şükri İsrailin Qəzzaya hücumları və ikitərəfli hədəflər sahələrində əməkdaşlıq etmək mövzusunda razılıq əldə ediblər.

Әlaqәli Xәbәrlәr