“Covid-19”un JN.1 variantı BA.2.86-dan ayrı nəzarət edilməlidir

ÜST-nin verdiyi yazılı açıqlamada bildirilib ki, əldə edilən məlumatlara əsasən ...

2079004
“Covid-19”un JN.1 variantı BA.2.86-dan ayrı nəzarət edilməlidir

 

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Covid-19”un JN.1 variantını sürətli yayılmasına görə əsas nəsil BA.2.86-dan ayrı nəzarət edilməli olan variant kimi təsnif edib.

  ÜST-nin verdiyi yazılı açıqlamada bildirilib ki, əldə edilən məlumatlara əsasən, JN.1 variantının hazırda qlobal ictimai sağlamlıq üçün yaratdığı risk “aşağı” hesab olunur. “Buna baxmayaraq, şimal yarımkürəsində qışın başlaması ilə JN.1 bir çox ölkələrdə respirator infeksiyaların yükünü artıra bilər” deyə qeyd edilib.

  Ümumdünya Səhiyyə Təşkilatı məlumatları daim nəzarətdə saxladığı və lazım gəldikdə JN.1 risk qiymətləndirməsini yeniləyəcəyini bildirib.

  Açıqlamada xatırladılıb ki, hazırkı “Covid-19” vaksinləri JN.1 və SARS-CoV-2-nin digər dövriyyədə olan variantlarının yaratdığı ciddi xəstəlik və ölümdən qorunmağa davam edir.

  İnfeksiyalara və ciddi xəstəliklərə qarşı tədbir görülməsinə çağırılıb. Ehtiyat tədbirlərinə insanların sıx olduğu, qapalı və ya zəif havalandırılan yerlərdə maska ​​taxmaq, mümkün qədər təhlükəsiz məsafə saxlamaq, əlləri mütəmadi olaraq yumaq, yeniliklərdən xəbərdar olmaq daxildir. Ağır xəstəlik riski yüksək olanlar üçün “Covid-19” və qripə qarşı peyvəndlər yararlıdır.

  Qeyd edək ki, JN.1 əvvəllər BA.2.86 alt törəmə variantlardan biri kimi öyrənilib.



Әlaqәli Xәbәrlәr