İtaliyanın dövlət qurumları haker hücumuna məruz qalıb

Bildirilib ki, virus məlumat bazalarını şifrələyib.

2078049
İtaliyanın dövlət qurumları haker hücumuna məruz qalıb

İtaliyanın dövlət qurumlarının informasiya sistemləri “Lockbit” qrupunun hakerləri tərəfindən həyata keçirildiyi iddia edilən irimiqyaslı kiberhücuma məruz qalıb.

Bildirilib ki, virus məlumat bazalarını şifrələyib. “La Repubblica” qəzetinin məlumatına görə, hələ də dəymiş ziyanın həcmi hesablanır. Haker hücumu əməkhaqqı və elektron hesab-faktura sistemlərinə təsir edib. Milli Kibertəhlükəsizlik Agentliyinin texniki işçiləri araşdırma aparırlar.

Milli Kibertəhlükəsizlik Agentliyinin direktoru Bruno Frattasi kiberhücumu təsdiqləyərkən, hücumun təsirinin dərəcəsini təhlil etmək və məlumatları bərpa etmək üçün müdaxilə etdiklərini qeyd etdi.

Jurnalistlərin hadisə ilə bağlı suallarını cavablandıran dövlət idarəçiliyi naziri Paolo Zangrillo vəziyyətin nəzarət altında olduğunu bildirib və "Hazırda heç bir problem yoxdur. Mənə haker hücumları, xüsusən də maaş ödəmələrinin hədəf alındığı söyləndi. Problemin həlli üçün cəhd göstərilir" deyib.

Qeyd edək ki, İtaliyadakı bir çox qurum əvvəllər rus hakerlərinin kiberhücumuna məruz qalıb.

 



Әlaqәli Xәbәrlәr