İsrail adamlarını ödənişsiz məzuniyyətə buraxır

İsrail Hava Limanları İdarəsi işçiləri ilə görüşlər keçirib və müxtəlif qərarlar alıb ...

2078370
İsrail adamlarını ödənişsiz məzuniyyətə buraxır

 

  İsrailin Ben Qurion hava limanında çalışan 600 işçi Qəzzaya hücumlar nəticəsində yaranan iqtisadi çətinliklərə görə ödənişsiz məzuniyyətə buraxılıb.

  İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, Qəzzaya edilən hücumlarla paytaxt Təl-Əvivdəki Ben Qurion hava limanı böyük iqtisadi zərbə alıb.

  İsrail Hava Limanları İdarəsi işçiləri ilə görüşlər keçirib və müxtəlif qərarlar alıb. Müvafiq olaraq, 600 adam ödənişsiz məzuniyyətə buraxılıb, 1000 nəfərin isə iş yerləri 25 faiz ixtisar edilərək yarımştat işə keçirilib.

  Qeyd edək ki, Qəzzaya hücumların başladığı 7 oktyabrdan bəri bir çox beynəlxalq hava yolu şirkəti İsrailə uçuşları dayandırıb və azaldıb.



Әlaqәli Xәbәrlәr