“Mühacirlər ABŞ tarixində ən böyük deportasiyaya məruz qalacaq”, D.Tramp

CNN-in məlumatına görə ...

2077870
“Mühacirlər ABŞ tarixində ən böyük deportasiyaya məruz qalacaq”, D.Tramp

 

  ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə ölkədən mühacirlərin göndərilməsi fikrinə sadiq qaldığını bir daha bəyan etdi.

  CNN-in məlumatına görə, D.Tramp seçki kampaniyasının Nevada ştatında immiqrantlarla bağlı açıqlamalar verib: “Mühacirlər ABŞ-ı işğal edib. Prezident seçilərsəm, mühacirlər ölkə tarixində ən böyük deportasiyaya məruz qalacaq. Mühacirlərlə bağlı siyasətlər genişləndiriləcək. Federal hüquq-mühafizə qüvvələrinin böyük bir hissəsi immiqrasiya ilə əlaqəli birliklərə köçürüləcək, ölkə xaricindəki qüvvələrin bir hissəsinin isə cənub sərhədinə göndəriləcək”.



Әlaqәli Xәbәrlәr