Kaliforniya uşaqları ştat rəhbərliyini məhkəməyə verdi

ABŞ-ın Kaliforniya ştatında 18 uşaq ətraf mühitin çirklənməsinin qarşısını almadığı üçün rəhbərliyə qarşı iddia açdı

2077867
Kaliforniya uşaqları ştat rəhbərliyini məhkəməyə verdi

 

  ABŞ-ın Kaliforniya ştatında 18 uşaq ətraf mühitin çirklənməsinin qarşısını almadığı üçün rəhbərliyə qarşı iddia açdı.

  “Our Children's Trust” qeyri-kommersiya hüquqi təşkilatının dekabrın 10-da 8-17 yaş arası uşaqlar adına açdığı iddiada ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) “ictimaiyyətin həyatını təhdid edən ətraf mühitin çirklənməsinə qəsdən icazə verdiyi” irəli sürülüb.

  İddiaçılar EPA-nın uşaqlara qarşı ayrı-seçkilik etdiyini, onlara məhəl qoymadığını, onların bərabər yaşamaq və müdafiə olunmaq kimi konstitusiya hüquqlarını pozduğunu bildiriblər.

  “Our Children's Trust” təşkilatının hüquqşünası Julia Olson ictimaiyyəti ətraf mühitin çirklənməsindən qorumaq EPA-nın əsas vəzifəsi olduğunu xatırladaraq federal qurumun buna nail ola bilmədiyi üçün qanun qarşısında cavab verməli olduğunu söyləyib.

  EPA-nın prezidenti Maykl Reqanın (Michael Regan) ətraf mühitin çirklənməsinə qarşı addım atmamaqla üzərinə düşən vəzifələri yerinə yetirmədiyi bildirilib.

  İddia edilir ki, EPA 1970-ci ildə qurulduğu gündən bəri ABŞ-ın dünyada ən çox istixana qazı buraxan ölkələrdən birinə çevrilməsinə göz yumub.



Әlaqәli Xәbәrlәr