Finlandiya Rusiya sərhədlərindən ikisini yenidən açır

P.Orpo mətbuat konfransındakı çıxışında deyib ...

2076215
Finlandiya Rusiya sərhədlərindən ikisini yenidən açır

 

  Finlandiyanın baş naziri Petteri Orpo dekabrın 14-dən etibarən ölkənin Rusiya ilə şərq sərhədindəki iki keçid məntəqəsini yenidən açacağını söyləyib.

  P.Orpo mətbuat konfransındakı çıxışında deyib: “Yenidən açılacaq iki keçid məntəqəsi ölkənin cənub-şərqində Vaalimaa və Niiraladır.

  Finlandiyanın Rusiya ilə şərq sərhədində doqquz keçid məntəqəsi var ki, onlardan biri yalnız qatarlar üçün açıq idi.

  Dekabrın 14-dən etibarən açılacaq iki keçid məntəqəsi istisna olmaqla, qalanları yenə bağlı qalacaq”.

  Finlandiyanın daxili işlər naziri Mari Rantanen də bu qərarın yanvarın 14-dək qüvvəyə qalacağını bildirib və Rusiyanın Finlandiya hökumətinə təzyiq etmək üçün miqrant hərəkətlərindən istifadə etdiyinə dair şübhələrin yenidən ortaya çıxacağı təqdirdə hökumətin təcili tədbirlər görəcəyini təkrarlayıb.

  Finlandiya Sərhəd Mühafizəsinin məlumatına görə, son iki həftə ərzində şərq sərhədində sakitlik hökm sürür və Finlandiya keçid məntəqələrinə heç bir sığınacaq axtaran şəxs yaxınlaşmayıb.

  Qeyd edək ki, rəsmi Helsinki Moskvanın “hibrid əməliyyatı” adlandırdığı qaçqınlarla bağlı iki ölkə arasında həftələrlə davam edən gərginlikdən sonra Finlandiya noyabrın 28-də Rusiya ilə bütün sərhədləri müvəqqəti olaraq bağladığını açıqlamışdı.

 



Әlaqәli Xәbәrlәr