Volodimir Zelenski: ''Qorlivka Ukrayna ərazisidir''

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ordusu Donetsk vilayətinin Qorlivka şəhəri sərhədlərində yerləşən yüksəkliyi azad edib və Rusiya mövqelərini ələ keçirib.

2075809

Volodimir Zelenski bu barədə rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib. Volodimir Zelenski Ukrayna qoşunlarının 
Qorlivkada irəliləyiş əldə etdiyini bildirib.
Ukrayna prezidenti Kral Danil 24-cü Mexanikləşdirilmiş Briqadasının hücum qrupunun Qorlivkada uğur qazandığını diqqətə çatdırıb.
"Çətin şəraitə baxmayaraq, qoşunlarımız Qorlivkada mədən tullantılarından ibarət yüksəkliklərindən birini azad edərək düşmənin mövqelərini ələ keçirib. Hazırda həmin yüksəklikdə bayrağımız dalğalanır. Qorlivka Ukrayna ərazisidir, Donbas Ukraynanındır'',-Ukrayna lideri vurğulayıb.

Әlaqәli Xәbәrlәr